Niger MN: “Fransa hərbçilərinin ölkədən çıxarılması terrorizmlə mübarizəyə faydalı təsir göstərib”

Maraqlı
  • 17 yanvar, 2024
  • 16:21
Niger MN: “Fransa hərbçilərinin ölkədən çıxarılması terrorizmlə mübarizəyə faydalı təsir göstərib”

Fransa hərbçilərinin ölkədən çıxarılması terrorizmlə mübarizəyə faydalı təsir göstərib.

"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigerin müdafiə naziri general Salifu Modi deyib.

“Sonuncu Fransa əsgərləri dekabrın 22-də ölkədən ayrılıblar. Ölkəmizin təhlükəsizliyinə təsirinə gəlincə, qeyd etmək lazımdır ki, hərbçilərin çıxarılması bir tərəfdən terrorizmə qarşı apardığımız mübarizənin mənzərəsini aydın görməyə, digər tərəfdən isə öz məsuliyyətimizi dərk etməyə imkan verdi”.