NASA helikopterinin Marsda dördüncü uçuşu uğursuz olub

NASA helikopterinin Marsda dördüncü uçuşu uğursuz olub Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı “İngenuity” adlı kəşfiyyat helikopteri planetin səthi üzərində dördüncü uçuşunu da həyata keçirə bilməyib.
Maraqlı
30 Aprel , 2021 02:03
NASA helikopterinin Marsda dördüncü uçuşu uğursuz olub

Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı “İngenuity” adlı kəşfiyyat helikopteri planetin səthi üzərində dördüncü uçuşunu da həyata keçirə bilməyib.

Bu barədə “Report” NASA-ya istinadla xəbər verir.

Mütəxəssis qrupu məlumatları qiymətləndirir və tezliklə daha bir cəhd etmək niyyətindədir. Mütəxəssislər helikopteri Mars səthindən beş metr hündürlüyə qaldırmağı planlaşdırır.

Qeyd edək ki, “Perseverance” 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı “Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.

Son xəbərlər

Orphus sistemi