NASA Ayda su tapdıABŞ-ın Aeronavtika və Kosmik Sahənin tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.
ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.
“Report” xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.
NASA rəhbərinin sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.
"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.
O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Bu halda Braydenstayn əlavə edib ki, Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.
NEWS: We confirmed water on the sunlit surface of the Moon for the 1st time using @SOFIAtelescope. We don’t know yet if we can use it as a resource, but learning about water on the Moon is key for our #Artemis exploration plans. Join the media telecon at https://t.co/vOGoSHt74cpic.twitter.com/7p2QopMhod