Napoleona məxsus üçkünc şlyapa və digər əşyalar satışa çıxarılıb

Napoleona məxsus üçkünc şlyapa və digər əşyalar satışa çıxarılıb Fransa imperiyasının yaradıcısı Napaleon Bonapartın üçkünc şlyapalarından biri çərşənbə günü “Sotheby's”dakı “İncəsənətə təsir: Napoleon” adlı onlayn satışda əsas lot olacaq.
Maraqlı
137
15 Sentyabr , 2021 05:45
Napoleona məxsus üçkünc şlyapa və digər əşyalar satışa çıxarılıb

Fransa imperiyasının yaradıcısı Napaleon Bonapartın üçkünc şlyapalarından biri çərşənbə günü “Sotheby's”dakı “İncəsənətə təsir: Napoleon” adlı onlayn satışda əsas lot olacaq.

“Report” xəbər verir ki, bu barədə hərrac evinin saytında bildirilir.

Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Tilzitdə Rusiya imperatoru I Aleksandrla həmin baş geyimi ilə görüş keçirib. Ekspertlər bildiriblər ki, baş geyimi onun indiki sahibinə azı 600 min avro gəlir gətirəcək

Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatoruna məxsus təxminən 1 000 əntiq əşya satışda olacaq. Üçkünc şlyapadan başqa, hərracda həmçinin Napoleonun kiçik qardaşının naxış açılmış gerblərinin olduğu şamdanlar, Belçika rəssamı Ceyms Ensorun karikaturası (300-500 min avro) və digər əntiq əşyalar satılacaq.

Napoleonun şlyapaları yalnız xatirə əşyaları olmayıb, həm də onun görünüşünün əsas atributuna çevriliblər. Tarixçilərin hesablamalarına görə, yalnız 1800-cü ildən 1812-ci ilə qədər imperator üçün 120-160 qara keçədən iki künclü şlyapalar tikilib. XVIII əsrin sonunda üçkünc şlyapalar onları əvəz edib.

Napoleonla bağlı artefaktların ən böyük satışı Fontebloda 2014-cü ildə keçirilib.

Son xəbərlər

Orphus sistemi