Moskvada Qırmızı meydanda buzovla gəzən ABŞ vətəndaşı saxlanılıb

Moskvada Qırmızı meydanda buzovla gəzən ABŞ vətəndaşı saxlanılıb Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın paytaxtı Moskvada Qırmızı meydanda buzov gəzdirən ABŞ vətəndaşını saxlayıb.
Maraqlı
1 Fevral , 2023 15:14
Moskvada Qırmızı meydanda buzovla gəzən ABŞ vətəndaşı saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın paytaxtı Moskvada Qırmızı meydanda buzov gəzdirən ABŞ vətəndaşı Alisia Deyi saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Məlumata görə, ABŞ vətəndaşı, 34 yaşlı A.Dey buzovu “Avito” zoomağazasından aldığını və gəzərək aparmaq istədiyini söyləyib.

Polis əməkdaşı bildirib ki, qaydanı pozan şəxsi İnzibati Xətalar Məcəlləsinin “Yığıncaq, mitinq, nümayiş, yürüş və ya piket keçirməyin müəyyən edilmiş qaydasının pozulması” maddəsi üzrə 15 sutkayadək inzibati həbs, cərimə və ya məcburi iş cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi