Misirdə qədim sərdabə tapılıb

Misirdə qədim sərdabə tapılıb Bakı. 15 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.
Maraqlı
181
15 Dekabr , 2018 17:43
Misirdə qədim sərdabə tapılıb
AP

Bakı. 15 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Ənnani təqdimat mərasimində məlumat verib. 

Onun sözlərinə görə, məzarda Misir fironlarının Beşinci sülaləsinə (təqribən e.ə. 2504-2347) aid bir hökmdarı uyuyur. 

“Rəngli bəzəkləri, heykəlləri ilə 2018-ci ilin ən dəyərli və gözəl tapıntılarından olan bu məzar həm də indiyədək qarətçilərin əli dəymədiyi üçün böyük əhəmiyyət daşıyır”, - deyə nazir bildirib. 

X.Ənnani məzarda elmi tədqiqatların aparılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi