Mişel Obama toyda tamadalıq edib - FOTO - VİDEO

Mişel Obama toyda tamadalıq edib - FOTO - VİDEO Bakı. 24 sentyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama toy mərasimində tamada olub.
Maraqlı
155
24 Sentyabr , 2018 05:25
Mişel Obama toyda tamadalıq edib - FOTO - VİDEO

Bakı. 24 sentyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama toy mərasimində tamada olub.

Bu barədə “Report” TMZ-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Mişel Obama Çikaqodan olan gənclərin toy mərasiminin təşkilatçısı olub. Videogörüntülərdə ABŞ-ın keçmiş birinci xanımının yeni evlənənlərə nikah andını söyləməyə kömək etməsi əks olunur.

Məlumata görə, gənc cütlüklərin vlideynləri şəhərin hakimiyyət strukturlarında yüksək vəzifə tuturlar. Gəlinin atası Çikaqo merinin müavini olub. Anası isə sabiq prezident Obamanın iqtisadiyyat üzrə müşavirinin əsasını qoyduğu fondda çalışır.

Son xəbərlər

Orphus sistemi