Miçiqan gölündə çimən 9-10 yaşlı qızlar müharibədən qalmış bomba tapıblar

Miçiqan gölündə çimən 9-10 yaşlı qızlar müharibədən qalmış bomba tapıblar Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ-ın Miçiqan gölündə çimən iki qız Birinci Dünya Müharibəsindən qalmış bomba tapıb.
Maraqlı
129
1 İyun , 2018 04:33
Miçiqan gölündə çimən 9-10 yaşlı qızlar müharibədən qalmış bomba tapıblar
Photo: Jake May

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ-ın Miçiqan gölündə çimən iki qız Birinci Dünya Müharibəsindən qalmış bomba tapıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, 10 yaşlı Peyc Bernett və 9 yaşlı Seyc Meydjes Peyc göldə qeyri-adi əşyaya toxunduqdan sonra predmeti axtarmağa başlayıblar.

Qızların anaları sudan bir metrlik bombanı çıxarıb. Peycin sözlərinə görə, onlar əvvəlcə şənləniblər. Lakin sonra bombanın partlaya biləcəyindən qorxublar. Ancaq həyəcan əbəs imiş. 

Hadisə yerinə gələn minatəmizləyənlər bombadan ancaq palçıq təmizləyiblər. 

Son xəbərlər

Orphus sistemi