Məktəblilərə kitabları dronlar çatdırır

Məktəblilərə kitabları dronlar çatdırır ABŞ-ın Merilend ştatındakı dövlət məktəbləri kitabları kitabxanadan dronlarla təmin etməklə dünyada ilkə imza atıb.
Maraqlı
17 İyun , 2020 09:51
Məktəblilərə kitabları dronlar çatdırır

ABŞ-ın Merilend ştatındakı dövlət məktəbləri kitabları kitabxanadan dronlarla təmin etməklə dünyada ilkə imza atıb.

“Report” “PC Mag”a istinadən xəbər verir ki, ideyanın müəllifi kitabxanaçı Kelli Passek olub.

Məlumata görə, ideyanın məqsədi şagirdlərin karantin zamanı məktəb proqramı üzrə lazımi kitabları oxumağı və onların asudə vaxtını səmərəli keçirməsidir. Dronlar şagirdləri kitabla pulsuz təmin edir.

Məktəblilərə kitabları “Wing Aviation” şirkətinin dronları çatdırır. Bu şirkət “Google” ilə yanaşı “Alphabet” holdinqinə daxildir. 

Son xəbərlər

Orphus sistemi