Meksika sakini yüzlərlə heyvanı evə buraxaraq onları qasırğadan xilas edib

Meksika sakini yüzlərlə heyvanı evə buraxaraq onları qasırğadan xilas edib Meksika sakini Rikardo Pimentel evində heyvanlar üçün sığınacaq təşkil edib və təxminən 300 heyvanı yaxınlaşmaqda olan "Delta" qasırğasından xilas etdi.
Maraqlı
14 Oktyabr , 2020 06:44
Meksika sakini yüzlərlə heyvanı evə buraxaraq onları qasırğadan xilas edib

Meksika sakini Rikardo Pimentel evində heyvanlar üçün sığınacaq yaradıb və təxminən 300 heyvanı yaxınlaşmaqda olan "Delta" qasırğasından xilas edib.

"Report" xəbər verir ki, bu barədə yerli "BoredPanda" yazıb.

Qeyd edilir ki, o, bir-iki il əvvəl heyvanlar üçün "Tierra de Animales" sığınacaq yaradıb. Sığınacaqda yalnız itlər, pişiklər yox, həm də atlar, qoyunlar, donuzlar, quşlar və hətta iquanalar yerləşdiriliblər.

Lakin sığınacaq güclü qasırğaya hazır deyildi. Pimentel özünü itirməyib və heyvanları elə evində yerləşdirib. Kişi iddia edir ki, bu ona narahatlıq yaratmayıb. Axı bütün heyvanlar peyvənd və steril ediliblər və özlərini çox sakit aparıblar.

Sığınacağın yaradıcısı evindəki heyvanları videoya çəkib. Kadrlarda görünür ki, evin hər yeri heyvanlar tərəfindən tutulub.

İstifadəçilər meksikalının hərəkətinə təəccübləniblər və ona heyvanları xilas etdiyinə görə təşəkkür ediblər.

Son xəbərlər

Orphus sistemi