Meksika hökuməti ada həbsxanasını turizm məkanına çevirib

Meksika hökuməti ada həbsxanasını turizm məkanına çevirib Meksikanın Sakit okean sahillərində əvvəllər ada həbsxanasının yerləşdiyi kiçik arxipelaq indi turistləri qəbul etməyə hazırdır.
Maraqlı
10 Aprel , 2022 17:38
Meksika hökuməti ada həbsxanasını turizm məkanına çevirib

Meksikanın Sakit okean sahillərində əvvəllər İslas Marias ada həbsxanasının yerləşdiyi kiçik arxipelaq indi turistləri qəbul etməyə hazırdır.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Qeyd edilir ki, Məryəm Ana adasına çatmaq hətta ən tələbkar turist üçün də asan olmayacaq: qeyri-sakit sularda beş saatlıq qayıqla səyahət qarşıdadır.

İslas Marias həbsxana koloniyası 1905-ci ildə dörd adadan ən böyüyü olan və Nayarit sahilindən 60 mildən çox məsafədə, insanların yeganə məskunlaşdığı Məryəm Ana adasında yaradılıb. Meksika sahillərində tez-tez baş verən qasırğaların zərər vurduğu həbsxana 2019-cu ildə bağlanıb.

Ölkə Prezidenti Andres Manuel Lopez Obrador onu ekoloji təhsil mərkəzinə çevirib və oradan 150-yə yaxın yeniyetmə keçib. İndi hökumət onu ziyarətçilərin dəniz quşlarını seyr edə və çimərliklərdən həzz ala biləcəyi ekoturizm obyektinə çevirib.

Son xəbərlər

Orphus sistemi