"MasterCard" Böyük Britaniyada selfi ilə ödənişlərin həyata keçirilməsi sistemini istifadəyə verəcək

"MasterCard" Böyük Britaniyada selfi ilə ödənişlərin həyata keçirilməsi sistemini istifadəyə verəcək Britaniyalı kart sahibləri selfi identifikasiyası ilə yanaşı, şəxsiyyətinin yoxlanışı üçün barmaq izlərindən istifadə edə biləcəklər
Maraqlı
22 Fevral , 2016 13:25
MasterCard Böyük Britaniyada selfi ilə ödənişlərin həyata keçirilməsi sistemini istifadəyə verəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Böyük Britaniyada "MasterCard" istifadəçiləri ödənişlərini selfi və barmaq izləri ilə həyata keçirə biləcək.

"Report" RBK-ya istinadən xəbər verir ki, "MasterCard" bu texnologiyanın yayda daha 14 ölkədə tətbiq ediləcəyini bəyan edib.

Britaniyalı kart sahibləri selfi identifikasiyası ilə yanaşı, şəxsiyyətinin yoxlanışı üçün barmaq izlərindən istifadə edə biləcəklər. Bunun sayəsində artıq istifadəçilərə PIN kod, şifrə və ya ödənişi təsdiq kodlarını daxil etmək lazım gəlməyəcək.

Məlumata görə, bu cür texnologiyadan artıq ABŞ-da və pilot versiya olaraq Hollandiyada istifadə edilib.

"MasterCard"ın təhlükəsizlik üzrə prezidenti Acey Bhalla Hollandiya və ABŞ-da selfi ilə ödənişin kart sahiblərinin çox xoşuna gəldiyini deyib. Onun sözlərinə görə, şirkət həmçinin göz bəbəyi və səs vasitəsilə şəxsiyyətin (müştərinin) tanınması variantını da sınaqdan keçirib.

Son xəbərlər

Orphus sistemi