Marsda ilk tarixi uçuş olub
Maraqlı
- 19 aprel, 2021
- 11:55
Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı “İngenuity” adlı kəşfiyyat helikopteri ilk yoxlama uçuşunu uğurla reallaşdırıb.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Bildirilib ki, NASA-nın “Perseverance” adlı aparatla Marsa göndərdiyi 1,8 kq-lıq mini helikopter ilk yoxlama enmə və qalxma uçuşunu edib. Helikopter 30 saniyə müddətinə 3 metr hündürlükdə uçub. Kaliforniyadakı mərkəzdən uçuşa nəzarət edilib. Mini helikopterin görüntüləri ictimai şəbəkədə paylaşılıb.
Qeyd edək ki, “Perseverance” 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı “Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.
Son xəbərlər
22:04
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir
Digər ölkələr21:53
Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib
Region21:42
ABŞ Kubaya 178 milyard dollar zərər vurub
Digər ölkələr21:27
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb
Formula 121:25
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
Region21:21
Foto
Video
Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə21:03
Latviya Rusiya və Belarusdan idxal olunan taxıla 300 %-lik tarif tətbiq etməyi planlaşdırır
Digər ölkələr20:51
Paolo Vanoli yenidən "Fiorentina"nın baş məşqçisi təyin olunub
Futbol20:51