Bakı. 6 may. REPORT.AZ/ Malayziyada altıayaqlı qeyri-adi canlı aşkarlanıb.
"Report" "Daily Star"a istinadən xəbər verir ki, onun görüntüsünü əks etdirən videoçarx internetə yerləşdirilib.
Görüntülərə əsasən, ağ rəngli canlı həşərata bənzəyir. O, torpağın üzərində 6 pəncəsinin üzərində hərəkət edir.
Videogörüntüdə insanların onun fotolarını çəkdiyi zaman qeyri-adi canlının bundan narahatlıq keçirmədiyi görünür. İnternet istifadəçiləri onun hansı heyvan növünə məxsus olduğunu tapmağa çalışırlar.
Qeyri-adi canlının mənşəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
