"Amazon" rəhbərinin xanımı dünyanın ən varlı qadını ola bilər

"Amazon" rəhbərinin xanımı dünyanın ən varlı qadını ola bilər Bakı. 10 yanvar. REPORT.AZ/ Amazon şirkətinin rəhbəri Ceff Bezosun həyat yoldaşı Makkenzi Bezos boşanma prosesindən sonra planetin ən varlı qadını ola bilər.
Maraqlı
10 Yanvar , 2019 08:46
Amazon rəhbərinin xanımı dünyanın ən varlı qadını ola bilər

Bakı. 10 yanvar. REPORT.AZ/ "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun həyat yoldaşı Makkenzi Bezos boşanma prosesindən sonra planetin ən varlı qadını ola bilər.

"Report"un məlumatına görə,bu barədə "Bloomberg" bildirib.

Qeyd edilir ki, biznesmen 137 milyard dollara sahibdir. Eyni zamanda "Forbes" də onun 150 milyard dollarının olduğunu açıqlayıb. Cütlük hələlik maliyyə aktivləri ilə bağlı plan düşünməyiblər.

Ekspertlər isə güman edirlər ki, tərəflər arasında bölgü bərabər aparılacaq. Beləcə Makkenzi 69 milyard dollar alacaq. Bu, ona planetin ən varlı qadını olmağa imkan verəcək. 

Qeyd edək ki, cütlüyün ayrılması barədə xəbər yayılıb. 

Amerikanın internet vasitəsi ilə məhsul və xidmət satışı həyata keçirən "Amazon" şirkəti hərracların nəticələrinə görə bütün rəqiblərini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

Son xəbərlər

Orphus sistemi