“Küləklə sovrulanlar” filminin məşhur qəhrəmanı vəfat etdi

“Küləklə sovrulanlar” filminin məşhur qəhrəmanı vəfat etdi Aktrisa Oliviya de Hevillend 104 yaşında vəfat edib.
Maraqlı
26 İyul , 2020 20:50
“Küləklə sovrulanlar” filminin məşhur qəhrəmanı vəfat etdi

Aktrisa Oliviya de Hevillend 104 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Deadline” internet nəşri bildirib.

Məlumata görə o, Parisdəki evində dünyasını dəyişib.

Oliviya de Hevillend "Küləklə sovrulanlar" (“Gone with the Wind”, 1939-cu il) filmindəki rolu ilə məşhurdur.

Oliviya de Hevillend 1 iyul 1916-cı ildə Tokioda anadan olub. O, sonradan Kaliforniyaya köçüb və 18 yaşı olarkən “Warner Brothers” studiyası Oliviyaya ilk müqavilə təklif edib. De Hevillend peşəkar karyerası ərzində iki dəfə "Oskar" mükafatı alıb. Aktrisa habelə iki dəfə "Qızıl qlobus" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi