Kazanda polisdən qaçaraq hava limanına avtomobillə daxil olan sürücünün videosu yayımlanıb - VİDEO

Kazanda polisdən qaçaraq hava limanına avtomobillə daxil olan sürücünün videosu yayımlanıb - VİDEO Hava limanına dəyən zərərin məbləği təxminən altı milyon rubl təşkil edib
Maraqlı
23 Dekabr , 2016 10:51
Kazanda polisdən qaçaraq hava limanına avtomobillə daxil olan sürücünün videosu yayımlanıb - VİDEO

Bakı. 23 dekabr. REPORT.AZ/ Kazan hava limanının terminalına daxil olaraq bir müddət orada hərəkət edən və aeroportun videokameralarına düşən avtomobilin əks olunduğu kadrlar yayılıb. 

"Report" "REN TV"yə istinadən xəbər verir ki, dekabrın 21-də axşam saatlarında polis əməkdaşlarının təqibindən qaçan sürücü şəhərdən kənarda gizlənmək qərarına gəlib və hava limanı istiqamətində Kazan-Orenburq avtomobil yolu ilə hərəkət etməyə başlayıb. Avtomobil A1 terminalından içəri girərək, kafeni dağıdıb, bir müddət terminalın içində hərəkət edib və əks tərəfdə yerləşən şüşə qapıdan avtomobil dayanacağına çıxıb.

Bundan sonra avtomobil sönüb, hadisə yerinə YPX əməkdaşları gəlib. 

Müəyyən olunub ki, 40 yaşlı sürücü sərxoş olub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hava limanına dəyən zərərin məbləği təxminən altı milyon rubl təşkil edib.

Son xəbərlər

Orphus sistemi