Kanadada 612 min butulkadan kottec tikilib - FOTO

Kanadada 612 min butulkadan kottec tikilib - FOTO Kanadanın JDComposites şirkəti Yeni Şotlandiya (Kanada) əyalətində 612000 emal edilmiş şüşə qabdan şəhər kənarı kottec tikib.
Maraqlı
100
15 İyul , 2019 04:19
Kanadada 612 min butulkadan kottec tikilib - FOTO

Kanadanın "JDComposites" şirkəti Yeni Şotlandiya (Kanada) əyalətində 612000 emal edilmiş şüşə qabdan şəhər kənarı kottec tikib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, layihə nəinki emal edilmiş qablardan icra edilməsi ilə, həm də güclü qasırğa və küləyə davam gətirmək iqtidarında olması ilə maraqlıdır.

"Məqsədimiz bütün arzu edənlər üçün sifarişlə "xəyal evləri" tikməkdən ibarət deyil. Biz kütləvi satış üçün nəzərdə tutulmuş layihələr - yığcam evlər, talvarlar, sığınacaqlar, ofislər və yataq yerləri təklif etmək istəyirik. Əlbəttə, təbii fəlakətlərdən qorunmaq üçün sığınacaq...", - deyə şirkətin həmtəsisçilərindən biri söyləyib.

Tikintinin qiyməti torpaq sahəsi də daxil olmaqla 373850 dollardır.

Hazır layihəyə böyük mətbəx, qonaq, üç yataq, iki vanna otağı, qapalı otaq daxildir.

İndi ev möhkəmlilik sınağından keçirilir. Yaradıcılar onun vaxt keçdikcə və fəal istismar zamanı necə köhnəlməsini öyrənmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi