Kaliforniyada Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib

Kaliforniyada Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib Tərəflər polis tərəfindən ayrılana qədər bir-birinə müxtəlif əşyalar, əsasən də butulka atıblar
Maraqlı
28 May , 2016 10:01
Kaliforniyada Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib

Bakı. 28 may. REPORT.AZ/ Kaliforniya ştatının San Dieqo şəhərində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, təxminən min nəfər arasında baş verən toqquşma milyarderin şəhərində keçirdiyi seçkiqabağı tədbirdən sonra meydana gəlib.

Nümayişçilər namizədi və onun tərəfdarlarını konfrans mərkəzinin xaricində pankartlarla qarşılayıb və D.Trampın anti-immiqrant ritorikasına narazılıq ediblər. Bununla kütlə arasında mübahisə yaranıb və nəticədə toqquşmaya çevrilib.

Tərəflər polis tərəfindən ayrılana qədər bir-birinə müxtəlif əşyalar, əsasən də butulka atıblar.

Son xəbərlər

Orphus sistemi