İtaliyanın 25 bələdiyyəsində evlər bir avroya satılır

İtaliyanın 25 bələdiyyəsində evlər bir avroya satılır İtaliyada 1 avroya satılan evlərin sayı artıb.
Maraqlı
27 May , 2022 08:55
İtaliyanın 25 bələdiyyəsində evlər bir avroya satılır

İtaliyada 1 avroya satılan evlərin sayı artıb.

“Report” “Independent”ə istinadə xəbər verir ki, Avropada daşınmaz əmlaka daha çox maraq göstərən bir çox insanlar 1 avroya mənzil əldə edə bilərlər.

İtaliyanın mənzərəli guşələrində başlanğıc qiyməti 1 avrodan ev almaq təklifləri bir neçə il əvvəl yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə yaranıb. İndi təxminən İtaliyanın 25 bələdiyyəsi potensial alıcılara belə əmlaklar təklif edir.

Kəndlərdə bərbad vəziyyətdə olan evlər nominal qiymətə satılır. Gənc italyanlar getdikcə daha çox şəhərlərə köç edirlər və onların bağ evlərinə ehtiyacı yoxdur. Üstəlik, əmlak siyahısındakı ikinci ev üçün vergi ödəmək lazımdır. Bəzi qoca italyanlar evlərini yerli hakimiyyət orqanlarına vəsiyyət ediblər.

Bu cür mülkləri satmağın ideyası ondan ibarətdir ki, yaxın bir neçə ildə həmin evlərin təmiri tam qiymətə satmaqdan daha çox fayda verəcək.

Lakin belə bir əmlakı alarkən siz təmirə pul xərcləməli olacaqsınız - bu isə 20-50 min avrodur. Hüquq xidmətlərinin qiyməti daha 3 000 avroya başa gələcək və müxtəlif bələdiyyələrdə 1 000-dən 10 000 avroya qədər zəmanət haqqı ödəmək lazımdır.

Yaxın 2-12 ay ərzində (bələdiyyədən asılı olaraq) təmir layihəsini (fasadın qorunması ilə) təqdim etmək, işə başlamaq və 3 il ərzində başa çatdırmaq lazımdır.

İtaliyanın şimalındakı Emiliya-Romanyada, Modiqliana kimi qədim xarabalıqları olan şəhərlərdə satılan evlər xüsusiyyətləri ilə seçilir. Burada simvolik məbləğə hətta uçuq-sökük bir monastır da almaq olar.

Romanın şərqində sahilə bitişik region olan Abruzzonun Kazoli, Santo-Stefano-di-Sessanio və Pratola Pelinya kimi şəhərlərində boş evlər satışa çıxarılıb.

Pompey və Amalfi sahillərinə yaxın olan Neapol ətrafındakı Kampaniyada sahilin mənzərəli vulkanik bölgəsi, yaxınlarda yalnız 15 ailənin yaşadığı tərk olunmuş mülklər satışa çıxarılıb.

Siciliya da 1 avroya satılan evlərin əsas mərkəzlərindən biridir. Regionun Mussomeli, Kalatafimi-Sedjsta, Oqasta, Sambuka və Kaltadjirone kimi şəhərlərində sahibsiz evlər satılır.

Siyahıya Pyemont, Le Marş, rəngarəng balıqçılıq kəndləri ilə tanınan Liquriya, Apuliya, Sardiniya əyalətlərinin müxtəlif şəhərləri daxildir.

Ölkənin müxtəlif saytlarında 1 avroya satılan evlər barədə elanların sayı artır.

Son xəbərlər

Orphus sistemi