İtalyanın Romanelli mağarasında Qobustan qayaüstü təsvirlərinə bənzəyən nadir sənət əsərləri tapılıb

İtalyanın Romanelli mağarasında Qobustan qayaüstü təsvirlərinə bənzəyən nadir sənət əsərləri tapılıb İtalyanın Romanelli mağarasında Qobustan qayaüstü təsvirlərinə bənzəyən nadir sənət əsərləri tapılıb
Maraqlı
18 Oktyabr , 2021 03:24
İtalyanın Romanelli mağarasında Qobustan qayaüstü təsvirlərinə bənzəyən nadir sənət əsərləri tapılıb

İtalyanın Romanelli mağarasında Daş dövrünə aid nadir təsviri sənət əsərləri tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Antiquity” jurnalı məlumat yayıb.

Tədqiqatçılar Homo sapienslərin 14-11 min il bundan əvvəl burada yaşadıqlarını təsbit ediblər.

Qeyd edək ki, ilk dəfə elm adamları mağarada qayaüstü rəsmləri 1905-ci ildə müəyyən ediblər. Ancaq hazırki əhəmiyyətli kəşflər bu gün aşkarlanıb.

Romanelli mağarası haqqında ətraflı araşdırma 2016-cı ildə başlayıb və bu müddət ərzində arxeoloqlar əvvəllər görülməmiş bir neçə divar rəsmlərini sənədləşdiriblər.

Tapılanlar arasında barmaqla çəkilmiş həndəsi naxışlar və quş rəsmi də var. Bəzi görüntülərin zaman keçdikcə pisləşməsinə baxmayaraq, əvvəlki rəssamların ustalıq səviyyəsini qiymətləndirmək mümkündür. Onlar səthə uyğun olaraq fərqli vasitələrdən istifadə edirmişlər.

“Ferrara” universitetinin nümayəndəsi Dario Siqarinin fikrincə, bu yaxınlarda tapılan əsərlər, əvvəllər aşkar edilmiş əsərlərlə yanaşı, İtaliya, Fransa, İspaniya və Azərbaycanda (Qobustan qayaüstü təsvirlər) mövcud olan qaya rəsmləri ilə çox oxşardır.

“Bu Üst Paleolit ​​dövründə Avrasiyanın geniş ərazilərində ortaq vizual irsin mövcudluğunu təsdiqləyir. Kəşf sosial dinamika və Aralıq dənizi hövzəsində ümumi ikonoqrafik motivlərin yayılması ilə bağlı yeni suallar yaradır”.

O qeyd edib ki, bu mirasın Şimali Afrika və Qafqaza şamil oluna biləcəyinə dair bəzi əlamətlər var.

Son xəbərlər

Orphus sistemi