İsveçdə qadının 30 il oğlunu evdə “həbs” etdiyi aşkarlanıb

İsveçdə qadının 30 il oğlunu evdə “həbs” etdiyi aşkarlanıb Stokholm polisi öz oğlunu qanunsuz azadlıqdan məhrum etməkdə şübhəli bilinən paytaxt regionunun 70 yaşlı sakinini saxlayıb.
Maraqlı
1 Dekabr , 2020 03:59
İsveçdə qadının 30 il oğlunu evdə “həbs” etdiyi aşkarlanıb

Stokholm polisi öz oğlunu qanunsuz azadlıqdan məhrum etməkdə şübhəli bilinən paytaxt regionunun 70 yaşlı sakinini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Expressen” qəzeti bildirib.

Qeyd edilir ki, qadın 12 yaşdan etibarən 28 il oğlunu bağlı yerdə saxlayıb.

Nəşrin məlumatına görə, bu günlərdə qadının evinə qohumu gəlib. O, mənzilə daxil olanda evdə yaralar və sıyrıntılara bürünmüş, dişləri olmayan, ölümcül halda qorxudulmuş, ayaq üstə dayana bilməyən kişini görüb.

Qohumun sözlərinə görə, o, çox illər boyunca qadından öz oğlunu cəmiyyətdən təcrid etməkdə şübhələnib. Qadın xəstəxanaya aparılanda qohum mənzilə baxmağa qərar verib. Bu zaman onun dəhşətli şübhələri təsdiqlənib. Qonaq dərhal həkimləri evə çağırıb və 41 yaşlı kişini xəstəxanaya aparıblar. İndi həkimlər onun sağlamlıq vəziyyətini müayinə edirlər.

Başqa tanışların sözlərinə görə, ana yeddinci sinifin əvvəlində oğlunu məktəbdən ayırıb və o, həmin vaxtdan bütün günü vaxt bağlı şəraitdə saxlanılıb. Ana oğlunu inandırıb ki, guya hamı - qohumlar, qonşular, tanışlar, cəmiyyət onların pislik etmək istəyir və yalnız qadın onların hər ikisini qoruya bilər.

Polis hələ qadını sorğu-sual etməyib və onun oğlunu danışdırmayıb.

Son xəbərlər

Orphus sistemi