“IPhone” istifadəçilərinə təzminat ödəniləcək

“IPhone” istifadəçilərinə təzminat ödəniləcək “Apple” şirkəti dondurduğu köhnə model telefonların istifadəçilərinə təzminat ödəyəcək.
Maraqlı
3 Mart , 2020 12:12
“IPhone” istifadəçilərinə təzminat ödəniləcək
The Times

“Apple” şirkəti dondurduğu köhnə model telefonların istifadəçilərinə təzminat ödəyəcək.

“Report” “Euronews”a istinadən xəbər verir ki, şirkətin “Iphone” 6, 6S, 7 və SE modellərinin işlək funksiyasını qismən dayandırdığına görə istifadəçilərə ödəyəcəyi təzminatın məbləği 25 ABŞ dolları həcmində nəzərdə tutulub.

Bildirilib ki, şirkət işlək funksiyası qismən dayandırılan telefonların sahiblərinin tələbi ilə ümumilikdə, 500 milyon ABŞ dolları təzminat ödəyəcək.

Qeyd edək ki, “Apple” 2017-ci ildə köhnə model smartfonlarda gözlənilməyən texniki nasazlığın qarşısını almaq məqsədilə telefonların işləmə performansını yavaşlatdığını təsdiq edib.

Son xəbərlər

Orphus sistemi