İngiltərə krallıq iqamətgahının mühafizəçiləri ixtisar olunur

İngiltərə krallıq iqamətgahının mühafizəçiləri ixtisar olunur Londondakı məşhur Tauer krallıq qəsrinin (Tower of London) mühafizə dəstəsi hazırkı koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri üzündən son beş əsrdə ilk dəfə olaraq ixtisar olunacaq.
Maraqlı
21 İyul , 2020 15:39
İngiltərə krallıq iqamətgahının mühafizəçiləri ixtisar olunur

Londondakı məşhur Tauer krallıq qəsrinin (Tower of London) mühafizə dəstəsi hazırkı koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri üzündən son beş əsrdə ilk dəfə olaraq ixtisar olunacaq.

“Report” “Evening Standard”a istinadən xəbər verir ki, Temza çayının şimal sahilində yerləşən və İngiltərə krallarının tarixi iqamətgahı olan Tauer qəsrində qədim ənənəyə görə keşik çəkən 37 mühafizəçinin bir hissəsi ixtisara düşəcək.

Bu barədə həmin tarixi məkanı idarə edən “Historic Royal Palaces” (HRP – Tarixi Krallıq Sarayları) təşkilatı açıqlama verib.

HRP-nin icraçı direktoru Con Barns tarixi məkanların dörd aya yaxın müddətə turistlərin üzünə bağlı qalması nəticəsində böyük maliyyə itkilərinə məruz qaldıqlarını, buna görə də ixtisara getməkdən başqa çarə qalmadığını bildirib.

İyul ayının 10-dan turistləri yenidən qəbul etməyə başlayan Tauer qəsrində tətbiq edilən sosial məsafə və başqa təhlükəsizlik qaydaları üzündən buraya gündə min nəfərdən də az turist gəlir.

Qeyd edək ki, son dəfə Tauer qəsrinin mühafizə dəstəsində 1485-ci ildə, İngiltərə taxt-tacında Tudor sülaləsinin ilk nümayəndəsi kral Yeddinci Henri (1457-1509) iqtidara gələndə ixtisar aparılmışdı.

Son xəbərlər

Orphus sistemi