Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti ikinci dəfə 300 milyard ABŞ dollarını keçib.
“Report” xəbər verir ki, real vaxt rejimində yenilənən milyarderlərin
2021-ci ilin noyabr ayında “Tesla”nın səhmlərinin qiymətləri tarixi rekorda çatdıqda Mask tarixdə 300 milyard ABŞ dolları sərvətə sahib olan ilk şəxs olub.
O, keçən ilin oktyabrında 257,6 milyard dollar sərvətlə “Forbes” tarixinin ən varlı adamı olub. Bundan əvvəl “Amazon”un qurucusu Ceff Bezos tarixin ən böyük sərvətinə malik şəxs hesab olunurdu - onun sərvəti 212 milyard dollar həddinə çatmışdı.