İlon Mask bir milyon insanı Marsa göndərməyi planlaşdırır

İlon Mask bir milyon insanı Marsa göndərməyi planlaşdırır “SpaceX” təşkilatı rəhbəri İlon Maskın çıxış etdiyi böyük təqdimat mərasimi keçirib.
Maraqlı
8 Aprel , 2024 00:32
İlon Mask bir milyon insanı Marsa göndərməyi planlaşdırır

“SpaceX” şirkəti rəhbəri İlon Maskın çıxış etdiyi böyük təqdimat mərasimi keçirib.

“Report” xəbər verir ki, milyarder “SpaceX”in gələcəyi barədə fikirlərini, həmçinin Mars planetində məskunlaşma ilə bağlı təxmini planlarını bölüşüb.

Milyarderin sözlərinə görə, nəhəng “Starship 3” raketi Marsın kolonizasiyası üçün baza rolunu oynayacaq. O, yeni nəsil “Raptor” mühərriki ilə təchiz edilib və bunun sayəsində raket 200 tona qədər yük daşıya biləcək.

Mask “Starship 3”ün nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb, lakin bunun şirkətə çox az xərclə başa gələcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər “Falcon 1”in buraxılışı indi 10 milyon ABŞ dollarına başa gələcəksə, “Starship 3”ün qiyməti 2-3 milyon dollar olacaq.

“Bunlar demək olar, ağlasığmaz rəqəmlərdir. Heç kim bunun mümkün olacağını düşünmürdü. Üstəlik, qarşıya qoyulan məqsədə çatmaq üçün fizika qanunlarını heç pozmağa da ehtiyac qalmayacaq”, - Mask qeyd edib.

Bundan əlavə, “SpaceX”in rəhbəri əlavə edib ki, Marsın mənimsənilməsi şirkətə təxminən 20 ilə başa gələcək. Onun sözlərinə görə, bu müddət ərzində bir milyona yaxın insan qırmızı planetə göndərilə bilər ki, bu da özünü təmin edən müstəmləkə şəhəri yaratmaq üçün kifayətdir.

Mask gəmilərin təxminən iki ildən bir Marsa getməsini istəyir. Bu qanunauyğunluq müstəmləkəçilərə təkcə müntəzəm resurs tədarükü ilə deyil, həm də Yerə qayıtmaq imkanı verəcək. Eyni zamanda, milyarder hesab edir ki, qəsb ediləcək Marsın yeni sakinlərinin əksəriyyəti hələ öz planetlərinə qayıda bilməyəcək.

Son xəbərlər

Orphus sistemi