İlan zəhərinin komponenti koronavirusdan qoruyur

İlan zəhərinin komponenti koronavirusdan qoruyur Rusiyalı bioloqlar, insanın hüceyrə kultunu gürzələr və digər ilanların zəhərində olan və fosfolipaza ailəsinə daxil edilən fermentlərdən istifadə edərək yeni növ koronavirus infeksiyasına yoluxmaqdan qoruyublar.
Maraqlı
488
18 Yanvar , 2021 07:10
İlan zəhərinin komponenti koronavirusdan qoruyur

Rusiyalı bioloqlar, insanın hüceyrə kultunu gürzələr və digər ilanların zəhərində olan və fosfolipaza ailəsinə daxil edilən fermentlərdən istifadə edərək yeni növ koronavirus infeksiyasına yoluxmaqdan qoruyublar.

“Report”un məlumatına görə, təcrübələrinin ilkin nəticələrini əks etdirən məqalə “bioRxiv” elektron elmi kitabxanası tərəfindən nəşr edilib.

Rusiya Elmlər Akademiyasının Bioorqanik Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi rusiyalı alimlər bir neçə növ gürzənin zəhərindən PLA2 molekullarını çıxararaq quruluşlarını təhlil ediblər və SARS-CoV-2-yə necə təsir edəcəyini araşdırıblar.

Məlum olub ki, ilan zəhərinin bütün formaları bu və ya digər formada hüceyrə kultunda virusun çoxalmasının qarşısını alıb. Ən effektli Nikolski gürzəsinin zəhəri olub. Zəhər təkcə koronavirusu məhv etməyib, hətta hüceyrə səthindəki reseptorlarla əlaqə qurmasının qarşısını alıb.

Nikolski gürzəsinin əsas yayılma arealı Rusiya Federasiyasının Avropa hissəsi və Ukrayna və Rumınya ərazisidir.

Son xəbərlər

Orphus sistemi