İtaliyada evlər bir avroya satışa çıxarılıb - FOTO

İtaliyada evlər bir avroya satışa çıxarılıb - FOTO İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.
Maraqlı
8 May , 2019 04:36
İtaliyada evlər bir avroya satışa çıxarılıb - FOTO

İtaliyada evlər bir fincan qəhvə qiymətinə satılır.

Bu barədə "Report" "The Sun"a istinadən xəbər verir.

Bildirilir ki, Mussomeli şəhərinin hakimiyyət orqanları satış üçün evlərin hər birinə 1 avro qiymət qoyublar. Bu pula Avropanın bəzi ölkələrində bir fincan qəhvə almaq olar. Bir avroya Siciliyanın cənubunda isə bütöv binanı almaq mümkündür.

"The Sun"ın məlumatına görə, satışa ümumilikdə 100 atılmış ev çıxarılıb. Gələcəkdə onların sayı artacaq. Belə ki, daha 400 ev həmin qiymətə satışa çıxarılacaq.

Lakin bu məsələdə bir "hiylə" var - əgər alıcı binanı 1 il ərzində təmir etməsə, o, zəmanət depozitini (təxminən 7 min avro -red) itirəcək. 

Son xəbərlər

Orphus sistemi