İsveçrədə qatarda 3 kiloqram qızılı unutmuş sərnişin axtarılır

İsveçrədə qatarda 3 kiloqram qızılı unutmuş sərnişin axtarılır İsveçrədə sərnişin qatarda 3 kiloqramlıq, qiyməti 152 min funt olan qızılla dolu kisəni unudub.
Maraqlı
15 İyun , 2020 07:44
İsveçrədə qatarda 3 kiloqram qızılı unutmuş sərnişin axtarılır

İsveçrədə sərnişin qatarda 3 kiloqramlıq, qiyməti 152 min funt olan qızılla dolu kisəni unudub.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Qeyd edilir ki, hadisə ötən ilin oktyabrında baş verib. Naməlum şəxs Sankt-Qallen və Lyutsern kantonlarını birləşdirən dəmir yolu bölməsində içində qiymətli metal olan çantanı unudaraq gedib.

Daxili axtarış nəticə verməyib. Bu səbəbdən qızılın sahibinin axtarışı haqqında elan verilib.

Hakimiyyət orqanlarının həmin şəxsin ortaya çıxacağı təqdirdə qiymətli metalı qaytarmaq üçün qızılın ona məxsus olub-olmadığını necə yoxlayacağı məlum deyil. Bu halda qeyd edilir ki, unutqan sərnişinin qızıla sahib olması üçün hələ beş il vaxtı var. 

Son xəbərlər

Orphus sistemi