​İstanbulda yaşayan azərbaycanlılar ayda 50 dəfə Rusiyaya uçur

​İstanbulda yaşayan azərbaycanlılar ayda 50 dəfə Rusiyaya uçur Ticarətlə məşğul olanlar ay ərzində təxminən 5800 TL-dən (2000 AZN) çox pul qazanırlar
Maraqlı
14 Yanvar , 2015 20:51
​İstanbulda yaşayan azərbaycanlılar ayda 50 dəfə Rusiyaya uçur

Bakı. 14 yanvar. REPORT.AZ/ İstanbulda yaşayan azərbaycanlılar ayda 50 dəfə Rusiyaya uçur. Buna səbəb türk tekstil mallarına Rusiyada tələbatın çox olmasıdır. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

İki ölkə arasında viza güzəştindən istifadə edən azərbaycanlılar hər gün 2,5 saatlıq uçuş vaxtını düşünmədən türk tekstil şirkətlərinin məhsullarını Rusiyaya daşıyır.

Əsl adının açıqlanmasını istəməyən və özünü Sami olaraq təqdim edən 35 yaşlı Azərbaycan vətəndaşı deyib ki, rus şirkətləri daha çox türk toxuculuq məhsullarına, xüsusilə də qadın paltarlarına böyük maraq göstərir.

İstanbulda yaşayan azərbaycanlıların böyük qisminin məhz bu şəkildə pul qazandıqlarını deyən Sami əlavə edib ki, ay ərzində təxminən 5800 TL-dən (2000 AZN) çox pul qazanır. O, son üç ildə demək olar hər gün İstanbul və Moskva arasında uçduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi