İspaniyada 100 yaşlı qadın koronavirusdan sağaldı

İspaniyada 100 yaşlı qadın koronavirusdan sağaldı İspaniyanın Aviles şəhərində 100 yaşlı qadın koronavirusa qalib gəlib.
Maraqlı
336
3 Aprel , 2020 15:16
İspaniyada 100 yaşlı qadın koronavirusdan sağaldı

İspaniyanın Aviles şəhərində 100 yaşlı qadın koronavirusa qalib gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı bölgənin Səhiyyə departamenti verib.

“Bu gün xoşbəxt günümüzdür. San Aqustin de Aviles xəstəxanası ilk dəfə pasiyenti evə buraxıb. Söhbət 100 yaşlı qadından gedir”, - departamentin “Twitter” səhifəsində yazılıb.

Qeyd edək ki, İspaniyada qeydə alınmış koronavirus yoluxmalarının sayı 117 mini ötüb. Ölkədə virus qurbanlarının sayı isə 11 minə yaxınlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada qeydə alınmış koronavirus yoluxmalarının sayı 1 030 325 nəfərdir. Bunların 219 924 nəfəri sağalıb, 54 223 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi