Bakı. 17 noyabr. REPORT.AZ/ İnterpol bu dəfə təbiət düşmənlərini hədəfə alıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq təşkilat bütün dünyada təbiətə ciddi ziyan vuran şəxslərin axtarışı ilə bağlı mübarizə tədbirlərinə start verib. Belə ki, İnterpol nəsli kəsilməkdə olan heyvanları, xüsusilə də qeyri-qanuni fil dişi və balıq ovu ilə məşğul olan 139 nəfərin həbs edilməsi üçün beynəlxalq axtarışlara başlayıb. Həmin şəxslər ümumilikdə 36 ölkənin vətəndaşlarıdır.
Təşkilatın bununla bağlı yaydığı bəyanatda həmin şəxsləri tanıyanlar və ya haqlarında məlumatı olanlardan tezliklə aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur: "Bu sahədə ən çox adı hallanan 9 nəfərin həbs olunmasında vətəndaşlar daha diqqətli olmalıdırlar".