İngiltərə mətbuatı “virussuz” tətil üçün Türkiyəni tövsiyə edir - FOTO

İngiltərə mətbuatı “virussuz” tətil üçün Türkiyəni tövsiyə edir - FOTO İngiltərənin “Daily Express” qəzeti koronavirus təhdidi baxımından Türkiyəni ən təhlükəsiz ölkələr arasında göstərib.
Maraqlı
370
27 Fevral , 2020 17:27
İngiltərə mətbuatı “virussuz” tətil üçün Türkiyəni tövsiyə edir - FOTO
Financial Times

İngiltərənin “Daily Express” qəzeti koronavirus təhdidi baxımından Türkiyəni ən təhlükəsiz ölkələr arasında göstərib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, qəzet virus təhlükəsinin olmadığı 6 ölkə sıralayıb.

İngilis qəzeti aprelin 10-u başlayan Pasxa tətilini xaricdə keçirməyi planlaşdıranlar üçün dünya xəritəsini tərtib edib. Xəritədə Türkiyə ilə birgə Polşa, Macarıstan, Meksika, Barbados və Yamayka da təhlükəsiz ölkələr arasındadır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 812 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 526-dan çoxdur.

Son xəbərlər

Orphus sistemi