Planetin ən yaşlı sakini iddia olunan şəxs İndoneziyada vəfat edib

Planetin ən yaşlı sakini iddia olunan şəxs İndoneziyada vəfat edib Sənədlərə əsasən, Mba Qhoto kimi də tanınan Sodimeco 1870-ci ilin dekabr ayında anadan olub
Maraqlı
1 May , 2017 17:35
Planetin ən yaşlı sakini iddia olunan şəxs İndoneziyada vəfat edib
EPA

Bakı. 1 may. REPORT.AZ/ Yüz qırx altı (146) yaşında olduğu iddia edən indoneziyalı Sodimeco Mərkəzi Yavada yerləşən kəndində dünyasını dəyişib.

"Report" BBC-yə istinadən xəbər verir ki, sənədlərə əsasən, Mba Qhoto (Qhoto baba) kimi də tanınan Sodimeco 1870-ci ilin dekabr ayında anadan olub.

İndoneziyada isə yeni doğulmuş körpələrin rəsmi qeydiyyatınma yalnız 1900-cü ildən başlanılıb və bu baxımdan doğum tarixlərindəki səhvlər qeyri-adi hal deyil. Amma yerli hakimiyyət orqanları Qhoto babanın sənədlərinin həqiqi olduğunu bildirib.

Qeyd edək ki, o, sağlamlığının pisləşməsi səbəbilə aprelin 12-də xəstəxanaya yerləşdirilib. Altı gün sonra Qhoto baba evə buraxılmasında israr edib və evə dönüb. Nəvəsi Suyanto babasının bu gün yerli qəbiristanlıqda dəfn edildiyini məlumat verib.

Mba Qhoto ölənə qədər güclü siqaret alüdəçisi olub. O, 4 həyat yoldaşının, 10 qardaş və bacısının və bütün uşaqlarının ölümünə şahidlik edib.

Müstəqil ekspertizanın rəyinə görə, Qhoto baba 1997-ci ildə 122 yaşında vəfat edən fransız Janna Luiza Kalmandan daha yaşlı olub.

O, sənədli tarix dövründə dünyanın ən yaşlı şəxsi hesab edilirdi.

Son xəbərlər

Orphus sistemi