Hollandiyada saxta silahla telestudiyaya daxil olan şəxs həbs olunub

Hollandiyada saxta silahla telestudiyaya daxil olan şəxs həbs olunub Tələblər siyahısını aparıcıya təqdim edən gənc 10 dəqiqəlik efir vaxtı tələb edib
Maraqlı
31 Yanvar , 2015 00:15
Hollandiyada saxta silahla telestudiyaya daxil olan şəxs həbs olunub

BAKI. 31 yanvar. REPORT.AZ / Hollandiyada NOS televiziya şirkətinin studiyasına saxta silahla daxil olan şəxs həbs olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə ölkənin Hilversum şəhərində baş verib. Studiya əməkdaşları dərhal binadan evakuasiya edilib.

Qara kostyum, ağ köynək geyinmiş həmin şəxs əlində uzun lüləli silaha bənzəyən əşyanı yelləyərək studiyaya daxil olub və tələblər siyahısı yazılımış vərəqi aparıcıya təqdim edib. 

Prokurorluq əməkdaşlarının sözlərinə görə, Haaqa yaxınlığındakı Pijnacker qəsəbəsinin sakini olduğu müəyyən edilən 19 yaşlı bu şəxs arıtq polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi