Fransanın Burqundiya regionunun rəhbəri Co Baydenə şərab göndərdi

Fransanın Burqundiya regionunun rəhbəri Co Baydenə şərab göndərdi Fransanın Burqundiya regionu şurasının başçısı Amerikanın keçmiş lideri Donald Trampın tətbiq etdiyi rüsumları ləğv etmək xahişi ilə Burqundiya şərabının iki butulkasını ABŞ prezidenti Co Baydenə göndərib.
Maraqlı
22 Yanvar , 2021 06:27
Fransanın Burqundiya regionunun rəhbəri Co Baydenə şərab göndərdi
Co Bayden

Fransanın Burqundiya regionu şurasının başçısı Amerikanın keçmiş lideri Donald Trampın tətbiq etdiyi rüsumları ləğv etmək xahişi ilə Burqundiya şərabının iki butulkasını ABŞ prezidenti Co Baydenə göndərib.

"Co Baydenə ünvanlanmış məktubda mən Trampın tətbiq etdiyi regional şərabçıları cəzalandıran rüsumları ləğv etməyi xahiş edirəm. Fransa-Amerika dostluğunun əlaməti olaraq mən bizim şərabçılıq məktəblərimizin “Côte de Beaune” və “Chardonnay” butulkasını əlavə edirəm", - regional şuranın başçısı özünün tvitterdəki səhifəsində yazıb.

O, paylaşımına şərabın şəkilini də əlavə edib.

Co Bayden yanvarın 20-də rəsmən ABŞ prezidentinin vəzifəsinin icrasına başlayıb. Fransada ən bahalı şərab istehsalçılarından biri də Burqundiyadır.

Son xəbərlər

Orphus sistemi