"Forbes" ən bahalı brendlər reytinqini açıqlayıb

"Forbes" ən bahalı brendlər reytinqini açıqlayıb İl ərzində ən çox Facebook brendinin qiyməti artıb
Maraqlı
7 Noyabr , 2014 15:17
Bakı. 7 noyabr. REPORT.AZ/ "Forbes" jurnalının versiyasına görə, Amerikanın Apple şirkəti ən bahalı brendlər reytinqində birincidir.

"Report" xəbər verir ki, ötən il Apple brendinin qiyməti 19% - 124,2 mlrd. dolaradək artıb. Bu göstərici onun reytinqdə iPhone istehsalı üzrə ən yaxın rəqibi Microsoft şirkətinin qiymətindən iki dəfə artıqdır. 

"Forbes" Microsoft korporasiyasının brendini 63 mlrd. dollar dəyərində qiymətləndirib. Siyahıda üçüncü yeri Google internet korporasiyası tutur. Korporasiyanın brendi 56,6 mlrd. dollar dəyərində qiymətləndirilib.

İl ərzində ən çox Facebook brendinin qiyməti artıb: sosial şəbəkə 74% - 23,7 mlrd. dollaradək bahalaşıb. Facebook reytinqdə 18-ci yeri tutur. 

Reytinqdə 15 ölkədən və 20 sənaye sahəsindən brendlər iştirak edib. 

Dəyərin qiymətləndiməsi zamanı "Forbes" hər bir şirkətin üç il ərzindəki gəlirini, həmin dövr ərzində səhmlərin orta qiymətini, eləcə də brendin həmin sahədə oynadığı rolu nəzərə alır. Yekun siyahıya ümumilikdə 100 brend daxil edilir. 

Son xəbərlər

Orphus sistemi