"Forbes": Dünyanın ən güclü siyasətçisi Vladimir Putindir

"Forbes": Dünyanın ən güclü siyasətçisi Vladimir Putindir Reytinq cədvəlində ikinci yeri Barak Obama, üçüncü yeri isə Çin lideri Si Tszinpin tutur
Maraqlı
116
5 Noyabr , 2014 21:37

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən güclü siyasətçilərinin reytinq cədvəlində Rusiya prezidenti Vladimir Putin ikinci ildir ki, birinci yeri tutur.

"Forbes" jurnalının rəyinə əsasən ikinci yeri ABŞ prezidenti Barak Obama, üçüncü yeri isə Çin Xalq Respublikasının sədri Si Tszinpin tutub.

"Güclülər" arasına Roma Papası Fransisk və Almaniya kansleri Angela Merkel də daxil edilib.

2009-cu ildən başlayaraq tərtib edilən reytinq cədvəlində bu il 72 nəfərin adı daxil edilib. Onlarda 17-si ölkə başçılarıdır.

Son xəbərlər

Orphus sistemi