Finlandiyada odun satan yeni avtomat qurğu işə salınıb

Finlandiyada odun satan yeni avtomat qurğu işə salınıb Finlandiyanın Oulu şəhərində ölkədə ilk dəfə olaraq odun satan qurğu fəaliyyətə başlayıb.
Maraqlı
18 Oktyabr , 2021 14:08
Finlandiyada odun satan yeni avtomat qurğu işə salınıb

Finlandiyanın Oulu şəhərində ölkədə ilk dəfə olaraq odun satan qurğu fəaliyyətə başlayıb.

“Report” MTV-3-ə istinadən xəbər verir ki, şəhərin bir hissəsi olan Hietasaari adasında yerləşən avtomat qurğuda 30 satış yuvası var, bir dəst odunun qiyməti də 3,95 avrodur. Burada odun alış-verişi onlayn şəkildə də həyata keçiriləcək.

Hələlik sınaq müddətində olan odun avtomat qurğuya başqa şəhərlərin də maraq göstərdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi