“Facebook” ABŞ-dakı hadisələrə etiraz olaraq qara rəngə boyandı

“Facebook” ABŞ-dakı hadisələrə etiraz olaraq qara rəngə boyandı Məşhur sosial şəbəkə olan “Facebook” öz rəsmi səhifələrini ABŞ-da son 1 həftədə baş verən hadisələrlə əlaqədar qara rəngə boyayıb.
Maraqlı
268
1 İyun , 2020 10:57
“Facebook” ABŞ-dakı hadisələrə etiraz olaraq qara rəngə boyandı

Məşhur sosial şəbəkə olan “Facebook” öz rəsmi səhifələrini ABŞ-da son 1 həftədə baş verən hadisələrlə əlaqədar qara rəngə boyayıb.

“Report” xəbər verir ki, bununla əlaqədar “Facebook”un qurucusu və baş direktoru Mark Sukerberq status paylaşıb.

“Ötən həftənin acısı bizim hələ ləyaqətli və sülh şəraitində yaşamağımızdan nə qədər uzaq olduğumuzu göstərir. Bu onu yadıma salır ki, qaradərililərin qarşılaşdığı zorakılıq uzun irqçilik və ədalətsizlik tarixinin parçasıdır.

Biz qaradərililərin icmasını və Corc Floyd, Breonna Teylor, Ahmaud Arberi və ədalət üçün çalışan hər kəsi dəstəkləyirik”, - M.Sukerberq bildirib.

Həmçinin sosial şəbəkənin baş direktoru irqçiliklə mübarizə aparan təşkilatlara 10 milyon ABŞ dolları yardım ayırdığını vurğulayıb.

Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması ABŞ-ın Minneapolis və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının C.Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. C.Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra 4 polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adamöldürməkdə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi