Elton Conun şərəfinə yeni sikkə buraxılıb

Elton Conun şərəfinə yeni sikkə buraxılıb Böyük Britaniya Krallıq Zərbxanası (Royal Mint) tərəfindən məşhur rok musiqi sənətkarı Elton Conun yaradıcılığına həsr edərək buraxdığı yeni qızıl sikkə bu gündən satışa çıxarılır.
Maraqlı
6 İyul , 2020 14:27
Elton Conun şərəfinə yeni sikkə buraxılıb
Elton Con

Böyük Britaniya Krallıq Zərbxanası (Royal Mint) tərəfindən məşhur rok musiqi sənətkarı Elton Conun yaradıcılığına həsr edərək buraxdığı yeni qızıl sikkə bu gündən satışa çıxarılır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Musiqi əfsanələri” silsiləsində 1 000 funt nominal qiymətdə buraxılan yeni sikkənin hərracda 68 min funtdan artıq qiymətə satılması gözlənilir.

BBC xəbər verir ki, rəssam Bradley Morqan Conson tərəfindən hazırlanan eskizə əsasən buraxılan sikkənin üzərində Elton Conun məşhur saman papağı, iki notdan ibarət eynək, kəpənək qalstuğu təsvir olunub. Elton Cona həsr olunmuş ən ucuz sikkə 5 funtluq nominalla buraxılaraq 13 funt qiymətinə satışa çıxarılıb.

Qeyd edək ki, son vaxtlar koronavirus pandemiyası üzündən Farewell Yellow Brick Road adlı dünya boyu vida qastrolunu dayandıran 73 yaşlı sənətkarın albomlarının indiyədək 250 milyon nüsxəsi satılıb.

Son xəbərlər

Orphus sistemi