Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub

Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub Bakı. 22 yanvar. REPORT.AZ/ Yaponiyanın SoftBank şirkəti tərəfindən hazırlanmış dünyanın ilk robot-satıcısı Pepper vəzifəsinin öhdəsindən gələ bilməyib.
Maraqlı
102
22 Yanvar , 2018 17:00
Dünyanın ilk robot-satıcısı işə başlayandan bir həftə sonra qovulub
AP

Bakı. 22 yanvar. REPORT.AZ/ Yaponiyanın "SoftBank" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk robot-satıcısı "Pepper" vəzifəsinin öhdəsindən gələ bilməyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində "Margiotta Food & Wine" ərzaq mağazası robotu quraşdırılmasından bir həftə sonra ticarət zalından yığışdırıb. Robotun işi mağazalar şəbəkəsinin rəhbərliyini qane etməyib.

Qeyd olunur ki, robot tez-tez alıcıların xahişlərini başa düşməyib. Məsələn, "süd qutusunu haradan tapmaq olar" sualına o, yalnız "süd məhsulları bölməsində" deyə cavab verə bilir və dəqiq yeri göstərə bilməyib.

Bundan əlavə, cihaz səs-küylü mağaza şəraitində "ağır eşidərək" sözləri ayıra bilməyib, eləcə də yersiz zarafatlar edib.

Son xəbərlər

Orphus sistemi