Dünyanın ən uzunömürlü insanı, britaniyalı, 111 yaşlı Con Tinnisvuddur.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Yarım əsrdən çoxdur təqaüdə çıxan Tinnisvud bu həftənin əvvəlində 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölməsindən sonra Ginnesin “Rekordlar Kitabı”na düşüb.
Tinnisvud 1912-ci ildə İngiltərənin şimalındakı Mersisaydda anadan olub. Keçmiş poçt işçisi, təqaüdə mühasib kimi çıxan Tinnisvud 111 il 222 gündür ömür sürür.
O, qeyd edib ki, uzunömürlülüyünün səbəbi “sadəcə şansdır” və pəhrizin xüsusi bir sirri yoxdur.
Tinnisvud uzun ömür sürməsinin sirrini belə izah edib: “Ya çox yaşayırsan, ya az, bununla bağlı çox şey edə bilməzsən".
Dünyada ən çox yaşamış kişi 116 il 54 gün ömür sürmüş yaponiyalı Jiroemon Kimura olub. Ən çox ömür sürən qadın və planetimizin ən uzunömürlü insanı 117 yaşlı ispaniyalı Mariya Branyas Moreradır.