Dünyada videooyun həvəskarlarının sayı məlum olub

Dünyada videooyun həvəskarlarının sayı məlum olub Dünya əhalisinin təxminən
Maraqlı
1930
17 Avqust , 2020 17:14
Dünyada videooyun həvəskarlarının sayı məlum olub

Dünya əhalisinin təxminən 40 %-i videooyun həvəskarıdır.

“Report” xəbər verir ki, bu qənaətə “DFC Intelligence” şirkətinin araşdırmaçıları gəlib.

Məlumata görə, 8 milyardlıq dünya əhalisinin təqribən 3,1 milyardı mütəmadi videooyun oynayır.

Bildirilib ki, onların yarısı stasionar kompüterlərdən oynayırlar. Bununla birgə mobil oyun bazarı da genişlənir və smartfon oyunları daha da populyarlaşır. Qeyd olunub ki, oyun konsollarından istifadə edənlərin sayı elə də çox deyil: təqribən 250 milyon insan, yəni oyunçuların 8 %-i.

Şirkət həm də bölgələr üzrə bazarı araşdırıb: dünyada ən çox geymer Asiyadadır – 1,41 milyard. Daha sonra Avropa (668 milyon), Latın Amerikası (383 milyon) və Şimali Amerika (261 milyon) gəlir. Araşdırmaya əsasən, mobil geymerlərin dünya üzrə nisbəti də təqribən eynidir.

Son xəbərlər

Orphus sistemi