"Report" xəbər verir ki, Birləşmiş Ştatların Əhalinin siyahıya alınması bürosunun proqnozlarına əsasən, yeni ilin ilk günündə dünyada hər saniyədə 4,3 doğum və 1,8 ölüm halı baş verib.
Çin dünyada əhalisi ən böyük ölkəsi olaraq qalmağa davam edir. Bu ölkədə sakinlərin sayı 1 milyard 300 milyondan artıqdır.
Dünyada əhali sayına görə ikinci yerdə isə Hindistan bərqarar olub. Orada əhalinin sayı 1 milyard 200 milyon nəfər təşkil edir.