Donald Trampın oğlu Türkiyədə dağ keçisi ovlayıb

Donald Trampın oğlu Türkiyədə dağ keçisi ovlayıb O, ovdan sonra Almaniyaya uçub
Maraqlı
153
30 Noyabr , 2016 17:10
Donald Trampın oğlu Türkiyədə dağ keçisi ovlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampın çexiyalı birinci həyat yoldaşından olan böyük oğlu Donald Tramp Türkiyənin Antalya əyalətinin Finike rayonunda ova çıxıb. 

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, atası ilə adaş olan 38 yaşlı Donald Tramp Antalyadakı dağlarda iki dağ keçisi ovlayıb.

Məlumata görə, noyabrın 30-da kiçik Donald və onu müşayiət edənlər ovdan sonra Almaniyaya uçublar.

Son xəbərlər

Orphus sistemi