Çində ikinci uşağa görə ödəniş edilməsi nəzərdən keçirilir

Çində ikinci uşağa görə ödəniş edilməsi nəzərdən keçirilir Sosial siyasətdəki dəyişikliklər ölkənin yaşlı əhalisinə yardım xərclərinin artması ilə bağlı narahatlıqla əlaqədardır
Maraqlı
28 Fevral , 2017 15:48
Çində ikinci uşağa görə ödəniş edilməsi nəzərdən keçirilir

Bakı. 28 fevral. REPORT.AZ/ Çin hökuməti daha çox ailənin ikinci övlad sahibi olmasını stimullaşdırmaq üçün pul formasında yardımın və ya subsidiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

"Report" "Vesti"yə istinadən xəbər verir ki, bu barədə Çinin səhiyyə və ailə planlaması işləri üzrə Dövlət Komitəsi nazirinin müavini Van Peyan bildirib.

Onun sözlərinə görə, Çinin sosial siyasətindəki dəyişikliklər ölkənin yaşlı əhalisinə yardım xərclərinin artması ilə bağlı narahatlıqla əlaqədardır. Nazir müavini dövlətin demoqrafik siyasətinin korreksiyasının özünü doğrultduğunu, amma hələ də aradan qaldırılmalı olan bəzi maneələrin qaldığını bildirib.

Qeyd edək ki, son on il ərzində demoqrafiya üzrə mütəxəssislər dəfələrlə Çin hökumətinə ölkədə doğum səviyyəsinin azalmasının gələcəkdə işçi qüvvəsinin çatışmazlığına, bunun isə uzunmüddətli perspektivdə iqtisadi artım göstəricisinin azalmasına gətirib çıxaracğı ilə bağlı xəbərdarlıq edib.

Çin əhalisinin sayı (1,37 milyard nəfər) baxımından dünyada birinci yeri tutur. Lakin əmək qabiliyyətli əhalinin sayı (15 yaşdan 64 yaşa qədər) azalır.

Son xəbərlər

Orphus sistemi