Çin koronavirusa görə robot yaradır

Çin koronavirusa görə robot yaradır Çinin aparıcı robot istehsalçısı olan “Siasun” şirkəti yeni növ koronavirusa yoluxmaqda şübhəli bilinən insanlardan tibbi analizlər götürmək üçün robot yaradır.
Maraqlı
5 Fevral , 2020 13:05
Çin koronavirusa görə robot yaradır
Report

Çinin aparıcı robot istehsalçısı olan “Siasun” şirkəti yeni növ koronavirusa yoluxmaqda şübhəli bilinən insanlardan tibbi analizlər götürmək üçün robot yaradır.

“Report” TASS-a istinadən xəbər verir ki, robot tibb işçilərinin bəzi funksiyalarını öz üzərinə götürəcək.

Çünki işçilər koronavirusa yoluxma ehtimalı olan xəstələri müayinə edərkən daim özlərini yüksək risk altına salırlar. Ən son texnologiyanın infeksiyanı yoxlamağı əhəmiyyətli dərəcədə sürətləndirəcəyi və asanlaşdıracağı güman edilir.

Layihə Çin Elmlər Akademiyası və bir neçə dövlət qurumunun dəstəyi ilə həyata keçirilir. Konstruktorların fikrincə, uzaqdan idarə olunan çevik mexanikləşdirilmiş qolun köməyi ilə xəstədən tüpürcək nümunəsi almaq tamamilə təhlükəsiz olacaq.

Bu texnologiyanın infeksiyanın yayılması ilə mübarizə aparan tibb işçiləri arasında yoluxma hallarının sayını maksimum dərəcədə azaldacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi