Çilidə məhkəmə tikinti pozuntusu ilə əlaqədar ölkə prezidentini cərimələyib

Çilidə məhkəmə tikinti pozuntusu ilə əlaqədar ölkə prezidentini cərimələyib Çilinin Pukon şəhərinin məhkəməsi prezident Sebastyan Pinerunun 4,93 milyon Çili pesosu (6,8 min dollar-red) məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Maraqlı
29 Avqust , 2019 03:55
Çilidə məhkəmə tikinti pozuntusu ilə əlaqədar ölkə prezidentini cərimələyib

Çilinin Pukon şəhərinin məhkəməsi prezident Sebastyan Pinerunun 4,93 milyon Çili pesosu (6,8 min dollar-red) məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Bu barədə "Report" "Bio Bio" radiostansiyasına istinadən xəbər verir.

Məlumata görə, cərimə evin tikintisi zamanı yol verilmiş pozuntularla bağlıdır. Belə ki, tikinti işlərinin qəbulu haqqında akt rəsmiləşdirilməyib. Məhkəmə bu pozuntuya görə maksimal cərimə təyin edib. 

Qeyd edilir ki, dövlət başçısı artıq cəriməni ödəyib.

Məhkəmə evin sökülməsi haqqında ərizəni rədd edib.

Orphus sistemi