Amerikanın yerli xalqı: Adımızı avtomobilin bir tərəfinə yapışdırmaq heysiyyətimizə toxunur

Amerikanın yerli xalqı: Adımızı avtomobilin bir tərəfinə yapışdırmaq heysiyyətimizə toxunur “Artıq “Jeep”in çeroki xalqının adından “Cherokee”, “Grand Cherokee” SUV-lərinin adı kimi istifadə etməsina son qoymağın vaxtıdır”
Maraqlı
23 Fevral , 2021 18:25
Amerikanın yerli xalqı: Adımızı avtomobilin bir tərəfinə yapışdırmaq heysiyyətimizə toxunur

ABŞ-ın daha çox Oklahoma ştatında yaşayan çeroki xalqının başçısı kiçik Çak Hoskin (Chuck Hoskin Jr.) “Jeep” avtomobil brendini model adı kimi xalqının adından istifadə etməməyə çağırıb.

“Report” AP-yə istinadən xəbər verir ki, çerokilərin lideri bununla bağlı deyib:

“Artıq “Jeep”in çeroki xalqının adından “Cherokee”, “Grand Cherokee” SUV-lərinin adı kimi istifadə etməsina son qoymağın vaxtıdır”.

İlkin olaraq “Car Driver” dərgisində dərc olunmuş açıqlamasında Ç.Hoskin Amerika yerlilərinin adlarından, təsvirlərindən, maskotlarından şirkətlər və idman komandaları tərəfindən məhsulları üçün ayama olaraq istifadə olunmasına son qoyulmasının vacib olması qənaətinə gəldiyini deyərək qeyd edib: “Bunların xoş düşüncədən gəlməsinə şübhə etmirəm, amma adımızı avtomobilin bir tərəfinə yapışdırılmış görmək heysiyyətimizə toxunur”.

Məsələ ilə bağlı açıqlama verən “Jeep”in törəmə şirkəti “Stellantis”in sözçüsü Kristin Starnes avtomobil adını diqqətlə seçərək illər ərzində Amerika yerlilərinin nəcabətinə, igidliyinə, qüruruna görə mədh etmək adına bərqərar etdiklərini bildirib.

Qeyd edək ki, son vaxtlar Amerika yerlilərinin adları və təsvirlərinin xüsusilə idman sahəsində istifadə olunmasına dair yeni baxışlar yayılır. Belə ki, NFL-in Vaşinqton komandası uzun illər davam edən müzakirədən sonra “Redskins” (qırmızıdərililər) ayamasından və hindunun başı təsvirindən ibarət loqosundan imtina edərək “Washington Football Team” adını qəbul edəcəklərini bildirib. Həmçinin Beysbol Baş Liqasının “Cleveland İndians” komandası da bu adı dəyişdirəcəklərini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi